KARYERA

Mühafizə əməkdaşlarının seçim metodologiyasının əsasları özəl mühafizə xidmətləri üzrə dövlət qanunu əsasında qurulub. Həmin qanunun 9-cu maddəsində göstərilən tələblərə uyğun olaraq, mühafizəçi qanunla müəyyən edilmiş həqiqi hərbi xidmətdən keçmiş (istisnalar mövcuddur), mühafizə üzrə xüsusi hazırlıq kursu bitirmiş, fiziki və psixoloji cəhətdən sağlam olan, məhkumluğu olmayan,  20 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Yuxarıda sadalananlardan əlavə olaraq, Betta MMC-nin öz daxili seçmə meyarları vardır ki, boyu ən azı 175 sm, nisbi çəkisi, idman nailiyyətləri  olan namizədlərə üstünlük verilir. Namizədlər minimum orta məktəb attestatına malik olmalıdırlar.

SEND US MESSAGE

133 Bashir Safaroglu St, Baku 1009, Azerbaijan

(+994) 55 525 6300 (+994) 12 595 2946

business@betta.az