MÜHAFİZƏ XİDMƏTİ

“Betta” MMC Azərbaycanda ən effektiv mühafizə şirkətlərindən biridir. Şirkətimiz beynəlxalq idarəetmə standartlarına cavab verən ISO 9001 sertifikatına malikdir. Əsas iş prinsiplərimiz aşağıdakılardır:

Müştərilərimizin tələblərinə və təkliflərinə professinal yanaşma;

İşçi heyətimizin fəaliyyətinin mükəmməl idarəolunması və nəzarəti;

Iş göstəricilərimiz və müştəri məmnuniyyətinin müasir standartlara uyğun qiymətləndirilməsi;

Risklərin effektiv idarəedilmə strategiyası;

Qənaətbəxş mühafizə sisteminin təşkili, işçi qüvvəsi və elektron təhlükəsizlik sistemlərinin bir-birini əvəz edən və tamamlayan qaydada istifadəsi.